18/04/2023
Gəlin sizə yüngülvari məlumat verim.
Deməli bəzən müştərilər deyir ki, mütləq kamerada g sensor olsun. Ossun olmağına, amma əmması var. G sensor qravitasiya sensorudu və tarazlığın anidən pozulduğu anı qəza kimi başa düşür və müəyyən bir hissəni silinən dövri yaddaşdan silinməyən emergency files hissəyə ötürür, yəni qoruyur. Plusu odur ki, qəza anında başınız qarışsa, kameradam görüntünü gec götürsəniz lazım olan hissə orada qalır.
Amma, gəlin ammasını öyrənək. G sensor qəza və ya adicə qapı çırpılmasını, avtomobilin çuxura düşməsini ayıra bilmir, hamıslnı stabillik qəfil pozulduğu üçün silinməyən emergency qovluqda saxlayır. Beləliklə dövr edən yaddaş həcminiz zamanla kiçilir. Bu müddət avtomobili hansl tipli yollarda sürməyinizdən, sensorun həssaslığını hansl səviyyədə qurmağınızdan asılı olaraq dəyişir. Misalla izah etsəm, məsələn 1 kameralı kameranız var və 32gb yaddaş istifadə edirsiz. Bu 32gb ilə kameranlz 3 saatlıq çəkilişi qeyd edir və dolduqdan sonra dövr edir. təxmini hesablasaq (180dəqiqə=30ooo MB / 166Mb) 1 dəqiqə üçün 166Mb həcmində video çəkilir, 10 belə silinməyən fayl 1.66Gb sahə itirilməsi deməkdir. Beləliklə cəmi 20cə günə yaddaş tam dolacaq və sizdən format etmək tələb olunacaq. Əsas məqam burada gizlidir. Fərz edin ki, 19 cu gün bir hadisə baş verdi və siz faylı 1 saat sonra götürməyə imkan tapdız. Kameranız isə dövr edən hissəsində cəmi 1.66 gb yəni 10 dəqiqəlik hissə saxladığından siz lazımlı faylı tapmayacaqsız. Odur ki, məsləhətim G sensoru bağlasaz daha uzun ömürlü kart ömrünə və çəkilişlərə sahib olacaqsız✌🏽