ADY Ekspress MMC / ADY Express LLC

Call Directions Website Contact the business

ADY Ekspress MMC / ADY Express LLC ADY Express LLC is a subsidiary company belonging to Azerbaijan Railways CJSC providing standard log

ADY Express LLC, a subsidiary company belonging to Azerbaijan Railways, was established in order to increase the volume of cargo transportation in our country, especially to create more favorable conditions and a transparent environment for customers to attract transit cargo. ADY Express LLC is a company providing logistics services that meet international standards for various industries in Azerbaijan, by rail and sea transport. To apply these standards widely and ensure efficiency, ADY Express LLC is using online services. Our goal is to carry out large-scale railway transportation in the field of logistics for all industries of the Caspian, Black Sea and Central Asian regions and to conclude appropriate agreements. The company's main goal is to revive the ancient Silk Road and increase the volume of transit cargo between Asia and Europe by providing customers with customized, economical and reliable logistics solutions.

**********************************

“ADY Ekspress” MMC nizamnamə kapitalının 100% Azərbaycan Dəmir Yollarına məxsus olan, ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün müştərilərə daha əlverişli şəraitin və şəffaf mühitin yaradılması məqsədi ilə qurulmuşdur.

“ADY Ekspress” MMC Azərbaycan ərazisində müxtəlif sənayə sahələri üçün, dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə, beynəlxalq standartlara cavab verən logistika xidmətləri göstərən şirkətdir. Bu standartları geniş tətbiq etmək, operativliyi təmin etmək məqsədi ilə “ADY Ekspress” MMC onlayn xidmətlərirndən istifadə edir. Məqsədimiz Xəzər dənizi, Qara dəniz, və Mərkəzi Asiya regionlarının bütün sənayə sahələri üçün logistika sahəsində geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və bununla əlaqəli müqavilələrin bağlanılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində müştərilərə sifarişə əsasən hazırlanmış, iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin etmək və Asiya və Avropa arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.

17 oktyabr – Füzuli şəhəri günü
16/10/2026

17 oktyabr – Füzuli şəhəri günü

16/10/2026
“ADY Express” “TransLogistica Kazakhstan 2026” sərgisində iştirak edirADY Express-in Mərkəzi Asiyanın nəqliyyat və logis...
16/10/2026

“ADY Express” “TransLogistica Kazakhstan 2026” sərgisində iştirak edir

ADY Express-in Mərkəzi Asiyanın nəqliyyat və logistika sektorunda ən böyük və nüfuzlu beynəlxalq platformalardan biri olan sərgidə iştirakı Azərbaycanın beynəlxalq nəqliyyat-logistika imkanlarının, xüsusilə Orta Dəhliz üzrə tranzit potensialının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Şirkətin stendində ziyarətçilərə Azərbaycanın nəqliyyat-logistika imkanları, Orta Dəhlizin üstünlükləri, yükdaşımaların təşkili və beynəlxalq logistika xidmətləri barədə ətraflı məlumat təqdim olunur.

🔗 Daha ətraflı: https://adyexpress.az/media/xeberler/translogistica-kazakhstan-2026

ℹ️ Qazaxıstanda səfərdə olan AZCON Holding və ADY nümayəndə heyətləri Aktau və Kurık limanlarının, eləcə də bir sıra ter...
14/10/2026

ℹ️ Qazaxıstanda səfərdə olan AZCON Holding və ADY nümayəndə heyətləri Aktau və Kurık limanlarının, eləcə də bir sıra terminalların infrastrukturu ilə tanış olublar.
🤝 Müzakirələr əməkdaşlığın genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili məsələlərini əhatə edib.
🔗 Daha ətraflı: https://adyexpress.az/media/xeberler/baki-limani-ve-qazaxistan-limanlari-arasinda-emeliyyatlarin-koordinasiyasinin-guclendirilmesi-muzakire-olunub

14/10/2026

“Horadiz–Ağbənd dəmir yolu xətti Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır”.

Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir:

“İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilmişdir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilmişdir. Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır”.

Azərbaycan Dəmir Yollarının kollektivi Azərbaycanda dəmir yollarının yaradılmasının 146-cı ildönümü və dəmir yolu işçilə...
13/10/2026

Azərbaycan Dəmir Yollarının kollektivi Azərbaycanda dəmir yollarının yaradılmasının 146-cı ildönümü və dəmir yolu işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb.
Daha sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

13 Oktyabr – Dəmiryolçular Günü!
13/10/2026

13 Oktyabr – Dəmiryolçular Günü!

09/10/2026

Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.

Bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı vurğulayıb: “2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”.

09/10/2026

📈 ADY-nin Astara Terminalında (İran ərazisində) 2026-cı ilin 9 ayında 631 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 33 faiz çoxdur.

⬆️ 2026-cı ilin sentyabr ayında müvafiq göstərici 52 faiz artaraq 93 min tondan çox olub.

Address

10-11th Floors, Khatai Business Center, Avenue 13A Khojaly
Baku
1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125996676

Alerts

Be the first to know and let us send you an email when ADY Ekspress MMC / ADY Express LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ADY Ekspress MMC / ADY Express LLC:

Shortcuts

Share