Azərbaycan Dəmir Yolları - ADY

Azərbaycan Dəmir Yolları - ADY ADY-nin rəsmi Facebook səhifəsi. 1822 Məlumat mərkəzi. 1880-ci ilin 20 yanvar tarixində Azərbaycanda ilk dəmir yolu istifadəyə verilib.

Bakı–Sabunçu–Suraxanı marşrutu ilə yola çıxan qatar Azərbaycan nəqliyyatı tarixində yeni səhifənin – dəmir yolları dövrünün başlanmasını bəyan etdi. Çox keçmədi ki, qatarlar, vağzallar, dəmir cığırlar Azərbaycan peyzajının ayrılmaz hissəsinə çevrildi. Dəmir yolu xətləri Azərbaycanın hər yerinə uzandı, coğrafi baxımdan uzaq olan bölgələri bir-birinə və eyni vaxtda mərkəzə – Bakıya caladı. Bir müddə

t sonra ölkəmizin dəmir yolları qonşu regionlarla birləşdirildi, Xəzəri Qara dənizlə, Şimalı Cənubla bağladı. Bu gün Azərbaycanın dəmir yolları inkişafının yeni mərhələsini yaşayır. Ölkəmizdə və beynəlxalq məkanda dəmir yolu nəqliyyatı sahəsində xidmətlərə tələbatın yüksək səviyyədə təmin olunması, Respublikamızın Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi, regionda əməkdaşlığın, ticarət dövriyyəsinin və rəqabət qabiliyyətliliyinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin yüksək səviyyədə həyata keçirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir.

🚆 ADY artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əla...
25/08/2026

🚆 ADY artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ℹ️ Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

🎫 Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

📢 🚆 Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir.ℹ️ 25 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu üzrə ...
24/08/2026

📢 🚆 Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir.

ℹ️ 25 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu üzrə qatarlar Xırdalan-Biləcəri sahəsində dəmiryol infrastrukturunda yenidənqurma işləri ilə əlaqədar yeni qrafiklə hərəkət edəcək.

⏫ Yenilənmiş cədvələ əsasən, ümumi reys sayı 84-dən 90-a artırılacaq.

✅ Sözügedən qrafiklə buradan tanış ola bilərsiniz: https://sml.az/25-avqust-qrafik-1

✨ Xoş səfərlər arzu edirik!

🇦🇿 Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik.Bütün əməkdaşla...
23/08/2026

🇦🇿 Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik.

Bütün əməkdaşlara cansağlığı, şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayırıq.

21/08/2026

🛡️ Dəmiryol keçidlərinin bir təyinatı var - təhlükəsiz hərəkət.

❗ Amma bəzən bu keçidlərdə təhlükəli hadisələr baş verir - bu ilin yanvar-iyul aylarında 21 bu cür hadisə qeydə alınıb.

🥀 Tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücü və piyadalar arasında, təəssüf ki, xəsarət alanlar və həyatını itirənlər olub.

ℹ️ Bir göz qırpımında baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün ADY tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanıb.

📢 Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq.

🇦🇿 Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə gü...
20/08/2026

🇦🇿 Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təklifləri yaradılacaq.

✍️ Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

✅ Eyni zamanda Proqramda dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası nəzərdə tutulur.

Daha ətraflı: https://sml.az/turizm-demiryol

🚂 Zəngin dəmir yolu tariximizdən bir kadr.🤍 İllər dəyişir, dəmir yoluna bağlılıq və peşəyə sədaqət isə nəsildən-nəslə öt...
20/08/2026

🚂 Zəngin dəmir yolu tariximizdən bir kadr.

🤍 İllər dəyişir, dəmir yoluna bağlılıq və peşəyə sədaqət isə nəsildən-nəslə ötürülür.

🕗 İllər dəyişir, nəsillər dəyişir, amma dəmir yolları hər zamankı kimi onları bir-birinə bağlayır.✨ Bu günün hər uğurund...
19/08/2026

🕗 İllər dəyişir, nəsillər dəyişir, amma dəmir yolları hər zamankı kimi onları bir-birinə bağlayır.

✨ Bu günün hər uğurunda keçmişin bir parçası var.

📸 19 avqust – Dünya Fotoqrafiya Günü münasibətilə bütün fotoqrafları və fotoqrafiya həvəskarlarını təbrik edirik.🌟 Fotoq...
19/08/2026

📸 19 avqust – Dünya Fotoqrafiya Günü münasibətilə bütün fotoqrafları və fotoqrafiya həvəskarlarını təbrik edirik.

🌟 Fotoqrafiya keçmişi bu günə, bu günü isə gələcəyə daşıyan bənzərsiz peşədir.

🪄 Əgər bu gün dəmir yollarının zəngin keçmişini yaşada, arxivləşdirə, gələcəyə daşıya biliriksə, bunda fotoqrafların böyük əməyi var.

🫶🏻 Əziz fotoqraflar, sizə cansağlığı, tükənməz enerji və bol uğur arzulayırıq. Bu yoldan əl çəkməyin, şəkil çəkin.

18/08/2026

✅ ADY-nin Biləcəri yuyucu-buxarlayıcı stansiyası dəmir yollarının ekoloji məsuliyyətinin mühüm hissəsidir.

🌟 Burada neft və neft məhsulları ilə çirklənmiş çən vaqonlar yuyulur, proses zamanı çirklənmiş su təmizlənərək yenidən istifadə olunur, tullantılar isə utilizasiya edilir - ətraf mühit və təbii resurslar qorunur.

ℹ️ Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2025-ci il ərzində 3374 çən vaqon, 2026-cı ilin ilk 7 ayında isə 1861 çən vaqon yuyulub.

🔗 Daha ətraflı: https://sml.az/ady-vaqon-yuma

🚆 ADY artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar re...
18/08/2026

🚆 ADY artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ℹ️ Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

🎫 Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Address

Dilarə Əliyeva Küç. 230, Bakı
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dəmir Yolları - ADY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Dəmir Yolları - ADY:

Shortcuts

Share