23/11/2016
XİDMƏTLƏRİMİZ
• Avtobusların və mikroavtobusların sifarişi
Sürətlə inkişaf edən ölkəmizdə bir çox müəssisələr təşkilati effektivliyi artırmaq üçün əməkdaşların rahatlığını ön planda tutur. Meqapolisdə yaşamağımız isə bu prosesi xeyli çətinləşdirir. Tıxaclar, təmirsiz yollar və qeyri peşəkar sürücülər isə stres səviyyəsini daha da artırır. Bu problemləri minimuma endirmək üçün sizi komfortlu və uyğun qiymətlərlə hər ölçüdə avtobuslarla təmin edirik. Danışığa əsasən əməkdaşların evdən və ya öncədən müəyyənləşdirilmiş yerlərdən iş yerinə çatdırılması, hər hansı bir yığıncağa, seminarlara və gəzintilərə tam təhlükəsiz şəkildə aparılıb gətirilməsini təklif edirik.
Təhsil müəssiələri üçün tələbələri və şagirdləri yığıncaqlara və ekskursiyalara aparıb gətirik.
Şəhərimizdə və ya ölkəmizin hər hansı bir bölgəsinə toya, nişana və yığıncaqlara qohumlarınız və tanışlarınızla getmək istəyirsinizsə, bu xidmət tam sizin üçündür. Günün istənilən saatında, istənilən bölgəyə uyğun qiymət və rahat nəqliyyat vasitələri ilə ölkədaxili səfərlərlə xidmətinizdəyik.
• Sürücü ilə avtomobil sifarişi
Bahalı taksi xidmətləri və qeyri peşəkar sürücülərdən bezmisinizsə, bizə müraciət edin. Xüsusi avtomobil sifarişi ilə uyğun qiymətlərimiz və keyfiyyətli xidmətimizdən razı qalacaqsınız. Ailənizi və uşağınızı etibar edə biləcəyiniz avtomobillərimiz həm daha sərfəli, həm etibarlı, həm də daha komfortludur.
• Xaricdən gələn qonaqların qarşılanması, bələdçi ilə gəzdirilməsi və yola salınması
Xaricdən qonağınız gəlibsə bizə həvalə edin. Ölkəmizi ən yaxşı şəkildə təmsil etmək bizim işimizdir. Ehtiyac olduğu zaman bələdçi ilə də təmin edirik. Etibarlı və gülərüz personallarımızdan qonaqlarımız razı qalacaq. Xarici qonaqlarımız üçün hazırladığımız xüsusi broşuramızda otellər və restoranlar haqqında məlumat, gəzilməli yerlərin və milli yeməklərimizin siyahıları sizi tam qane edəcək.
• Xarici səfərlər
Kollektiv olaraq xaricə getmək planınız varsa, aviareyslər sizin üçün bahalı, avtobuslar isə sizi qane etmirsə, buyurun bizə müraciət edin. Bu xidmətin üstünlüyü ordadır ki, sadəcə öz tanışlarınızla səyahət edəcəksiniz, istədiyiniz yerdə, istədiyiniz müddət ərzində istirahət edə biləcəksiniz. Getdiyiniz ölkənin və keçəcəyiniz yol üzərindəki bütün otel, restoran və görməli yerlərin siyahısı sizə təqdim olunacaq. Turlara və bələdçilərə ehtiyac olmadan da səmərəli bir gəzinti edəcəksiniz. Tələb olunduqda bələdçi də verilə bilər.
• VIP sərnişindaşıma
Yüksək səviyyədə xidmət istəyirsinizsə biz bir telefon, bir klik qədər yaxındayıq. Xüsusi günlərdə, xüsusi qonaqlarınız varsa bizə müraciət edin.
Qeyd:
Servis zamanı sərnişinlərin etirazı olmazsa xidmətimizi daha da yaxşılaşdırmaq üçün sorğu keçirilir. Bütün şikayət və təkliflərin dəyərləndirilir. Bütün nəqliyyat vasitələri təmiz və fərahdır. Bütün oturacaqlar təhlükəsizlik kəmərləri ilə təmin olunub. Bütün nəqliyyat vasitələrində tibbi çanta və yanğınsöndürən balonu var. Su və yaş salfetlərlə təmin edirik. Səyahət boyunca sıxılmamağınız üçün WIFI, günlük qəzet və aylıq maraqlı jurnallardan istifadə edə bilərsiniz.