25/08/2026
⚽Futbol həyəcanı yenidən metronun ritmini dəyişir: İş vaxtı bir saat uzadılacaq!
🏟️Bu axşam saat 20:45-də "Sabah"ın UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.🚇
🔹 Matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
🔹"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
🔹Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
🔹Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.
🔹”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.
📌Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.