BM Logistics.az

BM Logistics.az "BM Nəqliyyat" MMC 2009-cu ildən fəaliyyət göstərir."BM Nəqliyyat" şirkəti logistika xidmətləri üzrə Azərbaycanda qabaqcıl şirkətlərdən biridir.

Fəaliyyətə başladığı dövrdən etibarən, daşımalar sahəsində göstərdiyi yüksək peşakarlıq və keyfiyyətli xidmətə görə şirkət bu sahədə müştərilərin böyük rəğbət və inamını qazanmışdır. Daşımalar sahəsində 6 illik fəaliyyət tarixinin qısa bir dövr olmasına baxmayaraq, "BM Nəqliyyat" şirkəti uzun illər daşımalar üzrə fəaliyyət göstərən digər şirkətlərdən daha keyfiyyətli, etibarlı və sığortalı xidmətl

ər göstərməkdədir. Şirkətə təcrübəli mütəxəssislər və logistika üzrə beynəlxalq ekspertlər rəhbərlik edirlər. Müəssisə bir nəqliyyat şirkəti olaraq müxtəlif növ yüklərin avtomobil yolu, su nəqliyyatı, hava nəqliyyatı və dəmiryolu ilə daşımasını həyata keçirir. Yüklərin dünyanın istənilən məntəqəsinə çatdırılmasına tam zəmanət verilir. "BM Nəqliyyat" MMC daşımalar sahəsi üzrə fəaliyyəti ilə yanaşı, həm də Rusiya Federasiyasının "Kamaz QSC" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Şirkətin balansında 162 yük avtomobili mövcuddur. 92 "Mack Trucks", 50 "Kamaz" və 20 "Man" markalı yük maşınları daima fəaliyyətə hazır vəziyyətdədirlər.

2014-cü ildən etibarən, "BM Nəqliyyat" MMC binaların tikintisi, yolların tikinti və təmir işləri üçün lisenziya almışdır.

Address

Yasamal Rayonu, İsmayıl Bəy Qutqaşınlı 507/511, Altes Plaza, 2-ci Mərtəbə
Baku

Alerts

Be the first to know and let us send you an email when BM Logistics.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share