Atlant Translations LLC

Atlant Translations LLC Atlant Translations MMC tərcümə sahəsində öz rəsmi fəaliyyətinə 2000-ci ildə start vermi?

06/05/2016

Avropa ölkələrinə və ya Amerika, Kanada və s. ölkələr üçün VİSA xidmətini ən qısa zamanda Atlant Translations MMC həyata keçirir.

Sənədlərin leqallaşdırma ilə təsdiqi xidmətini Atlant Translations MMC həyata keçirir.
06/05/2016

Sənədlərin leqallaşdırma ilə təsdiqi xidmətini Atlant Translations MMC həyata keçirir.

06/05/2016

Atlant Translations MMC həm korporativ sənədlərin, həm də şəxsi sənədlərin tərcüməsi ilə məşğul olur. Bu sənədlər müştərinin müraciətinə əsasən aşağıda qeyd olunan təsdiq formalarından biri ilə təsdiqlənir:

– Notarial qaydada,
– Leqallaşdırılma yolu ilə,
– Apostil ilə,
– Konsulluq leqallaşması ilə;
– Şirkətin möhürü ilə.

Korporativ və ya şəxsi sənədlərin xarici dövlətlərdə istifadəsi üçün və ya hər hansı dövlət qurumuna təqdim edən zaman, sənədlərin tərcümələrinin notarial qaydada təsdiq olunması tələb edilir ki, bu xidmətlər də şirkətimiz tərəfindən həyata keçirilir.

Atlant Translations MMC-nin maşınqayırma sənayesi üzrə ixtisaslaşmış tərcüməçiləri vardır ki, bu sahədə yerinə yetirdiyi...
06/05/2016

Atlant Translations MMC-nin maşınqayırma sənayesi üzrə ixtisaslaşmış tərcüməçiləri vardır ki, bu sahədə yerinə yetirdiyimiz tərcümə sifarişləri sayəsində maşınqayırmaya dair xüsusi lüğət tərtib etmişik ki, bu lüğət yazılı tərcümə zamanı tərcüməçilərimiz tərəfindən həm istifadə olunur, həm də gün-gündən genişləndirilir.

Bu sahə üzrə artıq bir neçə ildir ki, “Azneftkimyamaş” QSC-nin “Maşınqayırma Texnologiyası İnstitutu” TASC, “Zabrat Maşınqayırma” Zavodu, Heerim şirkətinin və s. tərcümə sifarişlərini yerinə yetiririk.

Son illər Azərbaycan iqtisadiyyatı çox böyük uğurlar qazanmışdır. Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-...
06/05/2016

Son illər Azərbaycan iqtisadiyyatı çox böyük uğurlar qazanmışdır. Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru olan bütün sahələr kimi tikinti sektoru da sürətlə inkişaf edir və burada ən müasir texnologiyalar tətbiq olunur.

Hazırda Azərbaycanda inşaat, mühəndislik sektoru sürətlə inkişaf edir, inşaat şirkətləri yeni səviyyələr əldə edir və beynəlxalq arenada öz xidmətlərini təklif edir.

Atlant Translations MMC də öz növbəsində bu inkişafdan yararlanmaqdadır. Belə ki, inşaat, mühəndislik sektoru üzrə ixtisaslaşmış, çox təcrübəli tərcüməçilərimiz vardır. Uzun illərdir, memarlıq, dizayn, tikinti, mühəndislik, layihələndirmə, abadlaşdırma, təmir, texniki-mühəndislik, işıqlandırma, təhlükəsiz sistemlərinə dair sənədlərin və təlimatların yazılı tərcümə xidmətləri sahəsində yüksək təcrübələr əldə etmişik.

Bu sahədə fəaliyyət göstərən bir çox iri həcmli şirkətlər ilə əməkdaşlığımız bu gün də davam edir. Bu şirkətlərə misal olaraq, Wood Kenny, Azimport, Sade, Simfoniya, Heerim, Benkons, Dorce, CCİC və s. kimi şirkətləri göstərə bilərik.

Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir.Bu gün digər sahələrdə olduğu kimi, elm sahəsində d...
05/05/2016

Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir.

Bu gün digər sahələrdə olduğu kimi, elm sahəsində də beynəlxalq əməkdaşlığa üstünlük verilir və bu sahənin inkişafı istiqamətində beynəlxalq təcrübələrə istinad olunur. Son illər demək olar ki, bütün ali təhsil müəssisələri və elmi tədqiqat institutları öz işlərini beynəlxalq səviyyədə qurmağa çalışırlar. Və bu istiqamətdə digər ölkələr ilə təcrübə mübadiləsi aparmaq üçün həmin ölkələrin elm sahəsi üzrə mütəxəssisləri Azərbaycana dəvət olunur və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Bu da yazılı və şifahi tərcümə xidmətlərinə olan ehtiyacı birə beş artırır. Bu kimi bir çox tədbirlərin əsasən ardıcıl tərcümə xidmətləri və eyni zamanda sinxron tərcümə xidmətləri dəfələrlə Atlant Translations MMC tərəfindən həyata keçirilmişdir və bu gün bu istiqamətdə əməkdaşlıqlarımız davam edir.

Bununla yanaşı, bir çox elmi işlərin, dissertasiyaların, elmi araşdırmaların və digər elmi sənədlərin bir çox dillərə tərcüməsini də həyata keçirmişik. Bu sahədə beynəlxalq münasibətlərin qurulması ilə əlaqədar müqavilələr, konvensiyalar, protokollar, bəyannamələrin və s. bir çox digər dillərə tərcüməsi də Atlant Translations MMC-yə həvalə olunmuşdur. Elm sahəsi üzrə tərcümə xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar əməkdaşlıq etdiyimiz müəssisələrə misal olaraq, “Azneftkimyamaş” ASC-nin “Maşınqayırma Texnologiyası İnstitutu” TASC, Azərbaycan Milli Elmlər Akademiyasını, Elmi-İnnovasiyalar Mərkəzini və s. göstərə bilərik.

Konsaltinq öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Konsaltinq özündə məs...
05/05/2016

Konsaltinq öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Konsaltinq özündə məsləhətləşmə, audit və ekspert təhlilinin aktiv vəhdətini əks etdirir. Artıq yüksək sosial – iqtisadi inkişaf tempinə malik olan ölkəmizdə də müxtəlif sahələr üzrə konsaltinq xidmətinə geniş yer ayrılmaqdadır.

Azərbaycanda konsaltinq sahəsinin nəzərə çarpan artımına baxmayaraq, bu sahə çox gəncdir. Bu gün Azərbaycanda konsaltinq xidmətlərinin ən çox tələb olunan növü hüquqi konsaltinqdir. Bura vergi, torpaq, əmək, prosessual, maliyyə, bank hüququ məsələləri aiddir.

Konsaltinq sahəsi üzrə müxtəlif dillərə tərcümə etdiyimiz sənədlər arasında aşağıda qeyd olunan sənədləri göstərə bilərik:

Mühasibat uçotu,
Hüquqi və fiziki şəxslərin qeydiyyat sənədləri,
Vergi planlaşdırılması,
Maliyyə uçotu və maliyyə hesabatları,
Alqı-satqı müqavilələri, invoys və qaimə-fakturalar,
Bütün aylıq, rüblük və illik hesabatlar,
Nizamnamələr,
Məhkəmə sənədləri,
Audit sənədləri,
Sığorta və bank sənədləri və s.
Konsaltinq sahəsi üzrə Atlant Translations MMC – nin əməkdaşlıq etdiyi şirkətlər arasında “Alfa – audit”, BİMTEK Mobil Həllər və Marketinq MMC və s. göstərə bilərik.

02/05/2016

Bu gün bütün dünyada logistika biznes sahəsinin mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Beynəlxalq nəqliyyat daşımalarında logistik metodlardan geniş istifadə olunur və bu sahədə ölkələrarası əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycanda nəqliyyat sistemlərinin logistikası ixtisası üzrə mütəxəssislərin hazırlığına 2006-cı ildən başlanmışdır. Lakin bu günə kimi logistika sahəsi üzrə mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlanması, beynəlxalq nəqliyyat daşımalarında logistik metodların daha da inkişaf etdirilməsi, yeni logistik sistem və texnologiyaların tətbiqi istiqamətində

fikir mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər keçirilir ki, Atlant Translations MMC də bu tədbirlərin uğurla həyata keçirilməsi üçün öz üzərinə düşən xidmətləri yüksək səviyyədə həyata keçirir.

Nəqliyyat və logistika üzrə Atlant Translations MMC-nin ixtisaslaşmış mütəxəssisləri vardır ki, bu mütəxəssislər nəqliyyat və logistika sahəsinə dair xüsusi lüğətlər hazırlamışlar və bu gün bu, müştərilərimizin bizim işimizi daim yüksək qiymətləndirməsinə səbəb olur.

Bu sahə üzrə tərcümə etdiyimiz sənədlərə nümunə olaraq, aşağıda qeyd olunan bəzi sənədləri göstərə bilərik:

İstifadə qaydaları
Tələblər və texniki xarakteristika
Test sınaqlarının nəticələri
Montaj və istismar üzrə təlimat
Spesifikasiya cədvəli
Təmir və modernləşdirmə üzrə sənədlər
Layihə və istismar – texniki sənədləşmə
PT montajı üzrə təlimat
Marketinq sənədləri
Maliyyə sənədləri
Nəqliyyat və logistika sahəsi üzrə əməkşdaşlıq etdiyimiz müştərilərə misal olaraq, Original Motors, ACE Forwarding və s. kimi şirkətləri göstərə bilərik.

25/04/2016

Atlant Translations MMC şirkətinə təcili olaraq portugal dilini bilən sinxron tərcüməçi axtarılır.
Maraqlananlar aşağıda göstərilən telefon nömrələri ilə əlaqə saxlaya və e-mail vasitəsi ilə öz cv-lərini göndərə bilər.
Tel:(+99412)464 43 70
Mob: (+99451) 701 01 50
e-mail: [email protected]

Digər tərcümə mərkəzlərindən fərqimiz neft-qaz sənayesi üzrə qazandığımız illərin təcrübəsidir. Neft-qaz sənayesi üzrə t...
22/04/2016

Digər tərcümə mərkəzlərindən fərqimiz neft-qaz sənayesi üzrə qazandığımız illərin təcrübəsidir. Neft-qaz sənayesi üzrə texniki sahəyə dair sənədlərin, layihə, elmi-tədqiqat, normativ, tender sənədlərinin, təlimatların, direktivlərin, sınaq nəticələrinin, çertyojların və sxemlərin yazılı tərcüməsindən tutmuş, iri həcmli mühüm tədbirlərin, danışıqların şifahi tərcüməsinə və tərcümə avadanlıqlarının quraşdırılmasına kimi xidmətlərin həyata keçirilməsində ən çox müraciət olunan şirkətlər sırasındayıq.

Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Dəniz Administrasiyası, Azpetrol MMC, Halliburton və s. kimi şirkətlər ilə əməkdaşlığımız vardır. Bir çox böyük layihələrin yazılı tərcümə xidmətləri Atlant Translations MMC-yə həvalə olunmuşdur. Bu layihələrə misal olaraq, Nabucco və BTC (Baku-Tibilisi-Ceyhan) layihələrini göstərə bilərik. Neft-qaz sənayesi üzrə yalnız yazılı tərcümə xidmətləri ilə yanaşı, eyni zamanda beynəlxalq səviyyəli tədbirlərdə də bu şirkətlər üçün sinxron tərcümə xidmətlərini həyata keçirmişik.

Atlant Translations MMC-nin yarandığı gündən ixtisaslaşdığı ən əsas sahə yazılı tərcümə sahəsidir. Məhz bu bilik və təcr...
19/04/2016

Atlant Translations MMC-nin yarandığı gündən ixtisaslaşdığı ən əsas sahə yazılı tərcümə sahəsidir. Məhz bu bilik və təcrübə, o cümlədən sifarişlərin tələb olunan qaydada, təyin olunmuş vaxtda və ən yüksək keyfiyyətlə yerinə yetirilməsi hər gün Mərkəzimizin daha da inkişaf etməsinə və müştəri bazasının günbəgün genişlənməsinə səbəb olmuşdur.

Mətnin mövzusundan, mürəkkəbliyindən və həcmindən asılı olmayaraq, o cümlədən, mətnin aid olduğu sahədən asılı olmayaraq, yüksək keyfiyyətə və operativliyə zəmanət veririk. Yazılı tərcümə şöbəsi aşağıda qeyd olunan hər bir sahə üzrə yüksək peşəkar tərcüməçilər ilə işləyirik:

Texniki tərcümə;
Hüquqi tərcümə;
Tibbi tərcümə;
Maliyyə, audit, konsaltinq, ticarət sahəsi üzrə tərcümə;
Audio və video materialların tərcüməsi.
İşin keyfiyyətinə nəzarəti qoruyub saxlamaq və müasir tələblərə cavab vermək məqsədilə, mərkəzimizdə müştərilərin yazılı tərcümələrə onlayn rejimdə nəzarət edə bilməsi üçün ən müasir proqram təminatlarından (SDL Translation Memory, Terminology Management, SDL Software Localization) istifadə olunur. Siz eyni zamanda online rejimdə tərcümə sifariş edərək, online ödəniş aparmaqla, heç bir vaxt itkisi olmadan, sənədlərinizin hədəf dilə tərcümə olunmasına nail ola bilərsiniz.

Şirkətinizin biznesini beynəlxalq səviyyədə genişləndirmək istəyirsinizsə, hər dövlətlə öz dilində və profesional şəkildə danışın. Əgər bu Sizdə alınmırsa, biz böyük məmnuniyyətlə Sizə bu işdə yardımçı ola bilərik.

15/04/2016

Sənədlərin apostil ilə təsdiqi. Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından əldə etmək olar.

Apostil sənədin istər əslinə, istərsə də onun notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamənin (apostilin) verilməsi Qaydasının tələblərinə uyğun olaraq apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa) təsdiq edir.

Address

AGA Business Center, 55 Khojali Avenue
Baku
AZ1025

Alerts

Be the first to know and let us send you an email when Atlant Translations LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share