03/12/2025
Türk Dövlətləri Təşkilatının baş katibliyi ilə Özbəkistan Respublikasının “Logistika Mərkəzi və Yükdaşıma Alyansı”-nın birgə təşkil etdikləri Forum 10-13 noyabr 2025-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmişdir.
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov təşkilatçılar tərəfindən tədbirə dəvət olunmuşdur.
Limanın nümayəndə heyəti, Qrumun Nəqliyyat Nazirləri və müavinləri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar şürasının sədri Binəli Yıldırım, həmçinin TDT və digər ölkələrin 75 şirkətinin nümayəndə heyəti Forumda iştirak etmişdir.
Tədbirdə TDT ölkələrinin həm dövlət, həm də özəl sektorda çalışan şirkətlərin nümayəndələrinin Logistika və yükdaşımaların inkişafı üçün mütamadi olaraq, tədbir və görüşlərin təşkil edilməsi planlaşdırıldı.
Sonda, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC və “Logistika Mərkəzi və Yükdaşıma Alyansı” arasında qarşılıqlı əməkdaşlığın inkişafi məqsədi ilə Əməkdaşlıq Müqaviləsinin imzalanma mərasimi keçirildi.